Mbappe xəstəxanaya yerləşdirildi
Dünya ulduzu Kilian Mbappe ABŞ-də xəstəxanaya yerləşdirilib – Klublararası Dünya Çempionatının növbəti oyununu buraxacaq.
90plus.az xəbər verir ki, “Real Madrid”in hücumçusu Kilian Mbappe ABŞ-də xəstəxanaya yerləşdirilib. İspaniyanın Marca nəşrinin məlumatına görə, fransalı futbolçuya kəskin qastroenterit diaqnozu qoyulub.
26 yaşlı forvardın xəstəxanada tibbi müayinələri aparılacaq və müalicəsi davam etdiriləcək.
Bu səbəbdən o, Klubların Dünya Çempionatının qrup mərhələsinin ikinci turunda “Paçuka”ya qarşı oyunda iştirak etməyəcək.
© Copyright 2026, All Rights Reserved