Məhəmməd Salah 40 yaşına kimi futboldadır

Məhəmməd Salah futboldan gedəcəyi vaxt haqqında danışıb.
90plus.az xəbər verir ki, misirli ulduz dəqiq vaxt deməsə də, təxmini rəqəmdən "dəm vurub".
“Özüm vidalaşmağa hazır olanda oynamağı dayandıracağam. Fikrimi soruşsanız, düşünürəm ki, 39 və ya 40 yaşıma qədər oynaya bilərəm. Amma bacarmadığımı hiss etsəm, karyeramı daha tez başa vuracağam. Mən çox şeyə nail olmuşam.
"Liverpul"la müqaviləm sona çatırdı və mən Səudiyyə Ərəbistanına gedəcəkdim. Lakin biz "Liverpul"la müqaviləni yenilədik".
Salahın 32 yaşı var.
© Copyright 2025, All Rights Reserved