Millimiz Qazaxıstana pis uduzdu
Azərbaycan millisi Qazaxıstana böyük hesabla uduzdu.
90plus.az xəbər verir ki, futzal üzrə Azərbaycan millisi bu gün növbəti yoxlama oyununa çıxıb. Yevgeni Kukseviçin rəhbərlik etdiyi komanda səfərdə Qazaxıstan yığması ilə üz-üzə gəlib.
Aktau şəhərində yerləşən BS Arenada keçirilən qarşılaşma meydan sahiblərinin üstünlüyü şəraitində keçib. Görüş Qazaxıstan millisinin 9:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Millimiz müdafiədə ciddi çətinliklər yaşayıb və rəqibin sürətli hücumlarının qarşısını almaqda çətinlik çəkib.
Qeyd: Tərəflər arasında növbəti yoxlama oyunu aprelin 15-də keçiriləcək.
© Copyright 2026, All Rights Reserved