Millisinin çalışdırıcısı Şeşkonu Səudiyyədə görmək istəmir
"Arsenal" sloveniyalı, "Leypsiq"in hücumçusu Benyamin Şeşkoya olan marağında irəliləyiş əldə etmiş kimi görünür.
90plus.az xəbər verir ki, Sloveniya millisinin baş məşqçisi Matyaj Kek hesab edir ki, 22 yaşlı Şeşko üçün hazırda Səudiyyə Ərəbistanı Pro Liqasına keçid düzgün olmazdı.
Jurnalistlərə açıqlamasında Kek bildirib:“Benyamin və Səudiyyə Ərəbistanı?
Mən ona heç vaxt ora getməməyi tövsiyə edərdim. Heç olmasa, bu yaşında.
Bu maraq böyük bir tanınmadır, çünki bu klublar çox şey ifadə edir.
Mən Səudiyyə Ərəbistanı liqasını kiçiltmirəm – əksinə, vaxtilə "Al İttihad" klubunda çalışmışam və o klub hələ də mənim bir parçamdır.
Liqanı mütəmadi izləyirəm, amma Şeşko üçün o vaxt hələ gələcəkdə olacaq.
Əminəm ki, Benyamin özü və onunla maraqlanan insanlar yetərincə ağıllıdırlar ki, düzgün qərar versinlər.
Və o qərar da – onun futbol oynaya biləcəyi yerə getməsidir, çünki o, yalnız bu yolla xoşbəxt ola bilər.”
© Copyright 2026, All Rights Reserved