Müller Toni Kroosa çatdı
"Bayern"in hücumçusu Tomas Müller alman futbolçuları arasında ən çox kubok qazananlar siyahısında Toni Kroosun rekorduna çatıb.
90plus.az xəbər verir ki, mayın 4-də “Bayer”in “Frayburq”la 32-ci tur oyununda 2:2 hesablı heç-heçə etməsindən sonra Münhen təmsilçisi vaxtından əvvəl Almaniya çempionu olub.
35 yaşlı Müller üçün bu titul onun karyerasındakı 34-cü mükafatdır. O, həm klubda, həm də Almaniya yığmasında komanda yoldaşı olmuş, 34 titula sahib Toni Kroosla bərabərləşib. Hazırda hər iki futbolçu alman futbol tarixində ən çox kubok qazanan oyunçular sırasındadır.
Müller "Bayern " ilə 33 titul, o cümlədən Almaniya milli komandası ilə 2014 Dünya Çempionatını qazanıb.
© Copyright 2026, All Rights Reserved