Murad Musayev ilin məşqçisi oldu
Murad Musayev Rusiya Premyer Liqasında mövsümün ən yaxşı baş məşqçisi seçilib.
90plus.az xəbər verir ki, Liqanın media xidmətinin yaydığı məlumat belədir. Azarkeşlər arasında keçirilən səsvermənin nəticəsinə əsasən, bu ada “Krasnodar”ı çalışdıran Murad Musayev layiq görülüb.
Musayevin rəhbərliyi ilə “Krasnodar” mövsümü çempion kimi başa vurub. Bu uğur məşqçiyə şəxsi mükafat da qazandırıb. Səsvermədə ikinci yeri “SSKA”nın çalışdırıcısı Marko Nikoliç, üçüncü yeri isə “Akron”un baş məşqçisi Zaurbek Tedeyev tutub.
Qeyd: Murad Musayev 2021–2024-cü illər ərzində “Sabah” klubuna başçılıq edib.
© Copyright 2026, All Rights Reserved