"Neftçi" - "Turan" oyununa bu qədər bilet satıldı
"Neftçi PFK" Premyer Liqanın XXIII turunda "Turan Tovuz" komandasını qəbul edəcək.
90plus.az xəbər verir ki, martın 9-da Palms Sports Arenada keçiriləcək qarşılaşma üçün bilet satışı davam edir. Paytaxt klubunun mətbuat xidmətinin məlumatına görə, artıq 3000 bilet satılıb.
Qarşılaşma Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.
© Copyright 2026, All Rights Reserved