"Neftçi" Vernidubla ardıcıl 2-ci qələbəsini qazandı
Azərbaycan Premyer Liqasının XIX turu çərçivəsində “Neftçi” “Qəbələ” üzərində minimal hesablı qələbə qazanıb.
90plus.az xəbər verir ki, “Palms Sports Arena”da keçirilən qarşılaşma Bakı təmsilçisinin 1:0 hesablı üstünlüyü ilə yekunlaşıb.
Oyunda yeganə qolu 12-ci dəqiqədə Emin Mahmudov vurub. Matçın sonlarında meydan sahibləri azlıqda qalıb. Belə ki, 90+1-ci dəqiqədə Elvin Bədəlov ikinci sarı vərəqə aldıqdan sonra meydandan kənarlaşdırılıb.
Bu nəticə ilə “Neftçi”nin baş məşqçisi Yuri Vernidubun rəhbərliyi altında Premyer Liqada ardıcıl ikinci qələbəsi rəsmiləşib. Komanda bundan əvvəlki turda səfərdə “Araz-Naxçıvan”ı 4:1 hesabı ilə məğlub etmişdi.
Hazırda aktivində 27 xal olan “ağ-qaralar” turnir cədvəlinin 7-ci sırasında qərarlaşıb. “Qəbələ” isə 14 xalla 10-cu pillədə yer alır.
19 turdan son turnir cədvəli:
© Copyright 2026, All Rights Reserved