"Neftçi"nin alman transferi müsəlman imiş
"Neftçi" klubunun transfer etdiyi almaniyalı oyunçu Robert Baueri İslam dinini qəbul edib.
90plus.az xəbər verir ki, futbolçu İslam dinini qəbul etməsi haqda ictimaiyyətə 2023-cü ilin senyabrında açıqlama verib.
Müdafiəçi indiki həyat yoldaşı Roşi ilə Birləşmiş Ərəb Əmirlilərində tətil zamanı tanış olub. Roşinin atası Tanzaniyadandır, anası isə fars-türk mənşəlidir. Cütlüyün hazırda 4 övladı var. O, açıqlamasında belə qeyd edib:
“Mənə yazan hər kəsə müraciət edirəm. Mən həyat yoldaşımın və onun ailəsi sayəsində İslam dininə keçirəm”.
Qeyd: Bauerin özü Xristian ailəsində doğulub. "Neftçi" onunla 3 illik müqavilə bağlayıb.
© Copyright 2026, All Rights Reserved