“Olimpiakos”un sahibi komandası ilə kuboku qaldırdı
"Olimpiakos" klubunun sahibi Evangelos Marinakis komandası ilə Yunanıstan Liqasının titulunu başı üzərinə qaldırdı!
90plus.az xəbər verir ki, 48-ci dəfə Yunanıstan liqasının qalibi olan "Olimpiakos" 5 illik fasilədən sonra gələn mövsüm Çempionlar Liqasına qayıdacaq.
"Biz qayıtdıq!" - Yeni Yunanıstan çempionu, UEFA tərəfindən statusu təsdiqləndikdən sonra sosial media hesablarında yazıb.
PSJ-nin yarımfinalda “Arsenal” üzərində qələbə qazanması ilə Yunanıstan təmsilçisi reytinq xalına görə birbaşa Liqa mərhələsində yarışacaq.
Gəmiçilik maqnatı Evangelos Marinakisə məxsus olan komanda sonuncu dəfə 2020-21-ci il mövsümündə Çempionlar Liqasında çıxış edərək qrupda "Mançester Siti" və "Porto"dan sonra üçüncü yeri tutmuşdu.
Marinakis həm də Premyer Liqada çıxış edən “Nottingem Forest” klubunun sahibidir.
© Copyright 2026, All Rights Reserved