“Prioritetim PSJ-də qalmaqdır”
Donnarumma PSG-də qalmaq istəyir.
90plus.az xəbər verir ki, Pari Sen-Jermenin (PSJ) qapıçısı Canluici Donnarumma klubda qalmaq və yeni müqavilə imzalamaq niyyətində olduğunu bildirib. İtaliya millisinin üzvü deyib: “Mənim prioritetim PSJ-də qalmaq və yeni müqavilə bağlamaqdır. Heç bir problem və ya maneə gözləmirəm.”
Donnarumma PSJ-də özünü rahat hiss etdiyini və azarkeşlərin dəstəyini hiss etdiyini vurğulayıb. O, həmçinin baş məşqçi Luis Enrikenin rəhbərliyi altında psixoloji və peşəkar baxımdan inkişaf etdiyini qeyd edib.
Qeyd: Donnarummanın hazırkı müqaviləsi 2026-cı ilin yayında başa çatır. Klubla danışıqlar davam edir və tərəflər yeni müqavilə üçün razılığa gəlməyə çalışırlar.
© Copyright 2026, All Rights Reserved