PSJ rəhbəri Mbappenin gedişinə üzülmədiyini deyib
PSJ-nin prezidenti Nasser əl-Xelaifi mediaya açıqlamasında bildirib ki, Mbappenin komandadan ayrılmasına görə heç bir təəssüf hissi keçirmədiyini söyləyib.
90plus.az xəbər verir ki, qətərli biznesmen və klub rəhbəri Mbappe haqda bu sözləri deyib:
“Ona və Zlatana təşəkkür edirəm. Onlar klub üçün çox önəmli idilər. Bu il Kiliansız da şanslı olduq,” deyə o vurğulayıb.
“Ona gələcəkdə "Real Madrid"də uğurlar arzulayıram—cəmi bir şərtlə, PSJ-yə qarşı oynamasın,” Əl-Xelaifi əlavə edib.
Mbappe ötən yay PSJ ilə müqaviləsi başa çatdıqdan sonra "Real Madrid"ə keçib.
Lakin onun ayrılması asan olmayıb. PSJ futbolçuya qarşı sərt mövqe tutub, bonuslarının və maaşının bir hissəsini saxlayıb. Məsələ Parisdə məhkəmədə yekunlaşıb.
© Copyright 2026, All Rights Reserved