"Qarabağ" son dəqiqədə qələbə qolunu vura bildi
90plus.az xəbər verir ki, 19-cu turun dramatik oyunu “Şamaxı” – “Qarabağ” matçında qalib son dəqiqədə müəyyənləşdi. 90+4-cü dəqiqədə Kamilo Duranın qolu sayəsində “Qarabağ” 3 qızıl xal qazandı və "Sabah"la xal fərqini qorudu.
Şamaxı 1 - 2 Qarabağ
Oruc Məmmədov 15’
C. Montiel 19’
K. Duran 90+4’
Qələbə “Köhlən Atlar” üçün həm çempionluq mübarizəsində, həm də öncədən itirilmiş Azərbaycan Kuboku oyunundan sonra əhəmiyyətli idi.
Qeyd: Bundan əvvəlki qarşılaşmada “Qarabağ” “Şamaxı”ya 1-2 hesabı ilə məğlub olmuşdu.
© Copyright 2026, All Rights Reserved