Qvardiola Kloppu ən çətin rəqibi saydı
"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola "Liverpul"un sabiq baş məşqçisi Yurgen Kloppu karyerasında qarşılaşdığı ən çətin rəqib kimi dəyərləndirib.
90plus.az xəbər verir ki, Qvardiola bildirib ki, Kloppun rəhbərlik etdiyi komandalarla oyunlar həmişə mürəkkəb keçib: “Kloppun "Liverpul"u mənim məşqçilik fəaliyyətimdəki ən ciddi imtahan idi. Bu rəqib hər zaman bizə problemlər yaradıb. Köməkçi heyətlə birlikdə bu komandanı necə dayandıracağımızı düşünməkdən yorulurduq.
Bəzən nə etməliyəm sualı ilə yatıb, ertəsi gün məyusluq hissi ilə oyandığım olurdu. Kloppun "Liverpul"undan daha güclü bir komandaya qarşı heç vaxt oynamamışam”.
Xatırlatma: Yurgen Klopp 2015–2024-cü illər ərzində "Liverpul"un baş məşqçisi olub. Alman mütəxəssis bu dövrdə komandası ilə həm İngiltərə Premyer Liqasının, həm də UEFA Çempionlar Liqasının qalibi olub.
© Copyright 2026, All Rights Reserved