“Real” Konateni almaq istəyir, lakin bahadır
İbrahima Konate "Real Madrid"in yay transfer pəncərəsi ərəfəsində gözlədiyi mərkəz müdafiəçilərindən biridir.
90plus.az xəbər verir ki, "Liverpul" fransız futbolçunu 100 milyon avro dəyərində qiymətləndirir və "Real Madrid" bu məbləği "saymaq" niyyətində deyil.
Bunun əvəzinə, səylərini Din Höysen üzərində cəmləşdirməyə meyllidirlər. "Bornmut"un mərkəz müdafiəçisinin müqaviləsində 58 milyon avroluq sərbəst qalma maddəsi var.
Konateyə gəlincə, onun hazırkı müqaviləsi gələn il başa çatır.
Ola bilsin, "Real Madrid" Trent Aleksander-Arnold hiyləsini təkrarlamaq qərarına gələcək.
📰: Marca; 365
© Copyright 2026, All Rights Reserved