Ronaldo Benzemaya uduzdu
Səudiyyə Ərəbistanı Liqasının 30-cu həftəsində böyük derbi həyəcanı yaşanıb.
90plus.az xəbər verir ki, Kriştiano Ronaldonun çıxış etdiyi "Al Nassr" Kərim Benzemanın oynadığı "Al İttihad"ı qəbul edib. “Al İttihad”ın qalib gəldiyi qarşılaşma həyəcanlı anlarla yadda qalıb və dramatik alınıb.
Qarşılaşmanın ilk hissəsini “Al Nassr” 2-0 öndə bitirib. Amma "Al İttihad" ikinci hissəyə sürətlə daxil olub və 2 qol vurub. 90 dəqiqənin sonuna qədər belə davam edən hesab 90+4'də dəyişib:
Al Nassr 2-3 Al İttihad
Sadio Mane 3'
Yahya 37'
K. Benzema 49'
Kante 52'
Aouar 90+4'
Qeyd: "Al İttihad" 6 xallıq fərqlə liderlik taxtına "oturub", "Al Nassr" isə 4-cü yerdədir.
© Copyright 2026, All Rights Reserved