Ronaldonun oğlu Portuqaliya millisinə dəvət aldı
Karyerasını Səudiyyə Ərəbistanının "Əl-Nəssr" klubunda davam etdirən 40 yaşlı portuqaliyalı əfsanə futbolçu Kriştiano Ronaldo bu günlərdə fərqli bir həyəcan yaşayır.
90plus.az xəbər verir ki, Ronaldonun oğlu – 15 yaşlı Kriştiano dos Santos Portuqaliya U-15 milli komandasına dəvət alıb.
O, bir həftə sonra Yaponiyaya qarşı matçda Portuqaliya millisində debüt edəcək.
CR7-nin 14 yaşlı böyük oğlu atası kimi hücumçu mövqeyində oynayır. Və atasının klubu “Əl-Nəssr”in aşağı yaş komandasının formasını geyinir.
Əfsanə futbolçu bu sevindirici xəbəri öz şəxsi sosial media hesabında izləyiciləri ilə bölüşüb. O, paylaşımında oğlunun fotosuna "Səninlə qürur duyuram, oğlum!" qeydi əlavə edib.
Gənc futbolçunun milli komandaya dəvət alması idman ictimaiyyətində maraqla qarşılanıb. Kriştiano dos Santosun atasının yolunu davam etdirərək uğurlu bir karyera quracağına dair gözləntilər artmaqdadır.
© Copyright 2026, All Rights Reserved