Sabiq "Çelsi"li hamını geridə qoydu
İngiltərənin "Fulhem" klubunun üzvü Villian Premyer Liqada yeni bir rekorda imza atıb.
90plus.az xəbər verir ki, 38 yaşlı braziliyalı yarımmüdafiəçi Cənubi Amerikalı futbolçular arasında İngiltərə çempionatında ən çox oyun keçirən oyunçu olub. O, bu nailiyyəti "Aston Villa" ilə qarşılaşmada (0:1) meydana çıxaraq əldə edib.
Braziliya millisinin keçmiş üzvü bu göstəricidə 2006–2019-cu illər ərzində "Uiqan" və "Mançester Yunayted"də forma geyinərək 325 oyun keçirmiş ekvadorlu Antonio Valensiyanı geridə qoyub.
Xatırlatma: Villian daha əvvəl İngiltərədə "Çelsi" və "Arsenal" komandalarının da şərəfini qoruyub.
© Copyright 2026, All Rights Reserved