Sevgililər günündə yenidən qarşılaşacaqlar
"Brayton" bu gün öz meydanında "Çelsi"bu qəbul edir.
90plus.az xəbər verir ki, İngiltərə Premyer Liqasının 25-ci turunun ilk oyunu "Amerikan Ekspress Arena"da baş tutacaq. Ev sahibi "Brayton", qonaq "Çelsi"dir.
Maraqlısı isə budur ki, bu klublar 1 həftə əvvəl Federasiya Kubokunda üz-üzə gəlmişdi. Həmin oyunda "Brayton" rəqibini 2-1 hesabı ilə məğlub edərək növbəti mərhələyə yüksəlmişdi.
Bu iki klub arasındakı son 10 qarşılaşmada "mavilər"in üstünlüyü nəzərə çarpır. Belə ki, 10 oyunun 5-i "Çelsi", 3-ü isə "Brayton" qazanıb. 2 matç isə bərabərliklə yekunlaşıb.
Qeyd: Komandalar arasındakı Premyer Liqa mövsümünün ilk oyununda "Çelsi"nin futbolçusu Kol Palmer 4 qol vurmuşdu.
© Copyright 2026, All Rights Reserved