Super Ballon d’Or gündəmi zəbt edib!
Lionel Messi Super Ballon d'Or mükafatını alan tarixdə ikinci şəxs ola bilər.
90plus.az xəbər verir ki, 1989-cu ildə yalnız bir dəfə təqdim olunan və futbol tarixində ən nadir fərdi mükafat hesab edilən "Super Ballon d'Or" mükafatı indi yenidən gündəmə gəlib. Belə ki, Ballon d'Or rəsmi hesabı yenidən bu mükafatı izləyicilərinə xatırladıb və yeni müzakirə mövzusu yaradıb.
Son 30 ilin ən yaxşı futbolçusu üçün ayrılan bu unikal mükafatı yalnız Alfredo Di Stefano qazanıb. Seçimdə azarkeşlər və oxucular Mişel Platinini birinci seçsə də, France Football jürisi və keçmiş Ballon d'Or qalibləri Di Stefanonu qalib elan ediblər.
Hazırda bu mükafatın yenidən təqdim olunması gündəmdədir və Lionel Messinin bu mükafata əsas namizədlərdən biri olduğu bildirilir. Messi 8 dəfə Ballon d'Or qazanıb və 2022-ci ildə Argentina ilə dünya çempionu olub. Bu nailiyyətləri onu Super Ballon d'Or üçün güclü namizədə çevirir.
Messi ilə yanaşı, Kristiano Ronaldo da bu mükafata namizəd ola bilər. O, 5 dəfə Ballon d'Or qazanıb və 900-dən çox qol vurub. Hər iki futbolçunun uzun illər davam edən rəqabəti və uğurları onları bu nadir mükafat üçün əsas namizədlərə çevirir.
Super Ballon d'Or-un növbəti dəfə nə zaman təqdim olunacağı bilinmir, lakin 2029-cu ildə, yəni 40 ildən sonra yenidən verilməsi ehtimal olunur.
© Copyright 2026, All Rights Reserved