Ter Ştegen kluba əsəbiləşib
Ter Ştegen son oyunda ehtiyatda qalmasına görə narazı qalıb (📰: SPORT).
90plus.az xəbər verir ki, “Barselona”nın qapıçısı Mark-Andre ter Ştegen mövsümün son oyununda baş məşqçi Hansi Flikin İnaki Penyanı əsas heyətdə oynatmasından narazı qalıb.
Alman qolkiperin narazılığının iki əsas səbəbi olduğu bildirilir. Birincisi, o, qarşıdan gələn UEFA Millətlər Liqası oyunlarına hazır qalmaq üçün matç təcrübəsini qorumaq məqsədilə bu oyunda oynamaq istədiyini rəhbərliyə bildirmişdi.
İkincisi isə, həmin oyunda iştirak etməməsi onun mövsümdəki oyun sayına bağlı olan bonusu itirməsi ilə nəticələnib.
© Copyright 2026, All Rights Reserved