Terri: "Çelsi"yə keçmək üçün Ferqusona "yox" dedim"
Con Terri vaxtilə "Çelsi"yə keçmək üçün ser Alex Ferqusonun təklifindən imtina etdiyini xatırlayıb.
90plus.az xəbər verir ki, sabiq ingilis müdafiəçi yaşanan anları izləyicilər ilə paylaşdı:
"3 il "Vest Ham"in gənclərdən ibarət komandasında oynadım. Oradan ayrılanda mənimlə 3 klub - "Arsenal", "Man Yunayted" və "Çelsi" əlaqə saxladı. Ser Alex transferimi həll etmək üçün birbaşa ailəmə zəng etdi. Bu, mənim kimi gənc futbolçu üçün böyük şərəf idi.
"Arsenal" və "Man Yunayted" mənə əla şərtlər irəli sürdülər. "Çelsi" isə ümumiyyətlə, heç nə etmədi. Amma bu klubun bazasında gəlib özümü evdəki kimi hiss etdim. Ferguson qərarımdan məyus olsa da, mənə bunu dedi: "Sən əfsanə olacaqsan".
📰: talkSPORT
© Copyright 2026, All Rights Reserved