Təyyarə qəzasında Azərbaycan idmançısı da həlak olub
Vaşinqtondakı qəza keçirən təyyarədə vaxtilə Azərbaycan çempionu olmuş sabiq fiqurlu konkisürən Aleksandr Kirsanov da həlak olub.
90plus.az xəbər verir ki, onun həyat yoldaşı Natalya Qudina ABC telekanalına müsahibəsində bunu deyib
"Mən hər şeyimi itirdim. Mən həyat yoldaşımı, tələbələrimi, dostlarımı itirdim".
Bio: A.Kirsanov Rusiya, Azərbaycan və ABŞ yığmalarını təmsil edib. 1999/2000 mövsümündə o, Barbara Henli ilə duetdə Azərbaycan çempionu olub.
Kirsanov ölkəmizi başqa turnirlərdə təmsil edərkən ilk 10-luğa daxil olub. 2000-2001 Qış Universiadasında 5-ci, "Zaqreb Qızıl konkisi"ndə isə 8-ci yerləri tutub. 2004-cü ildə yarışlardan getdikdən sonra o, Delaver ştatında (ABŞ) məşqçi və xoreoqraf kimi çalışıb.
Qeyd: 29 yanvarda "American Airlines" aviaşirkətinə məxsus ABŞ sərnişin təyyarəsi və ABŞ Quru Qoşunlarının "Black Hawk" helikopteri Ronald Reyqan adına Vaşinqton hava limanı yaxınlığında toqquşub. Təyyarə Kanzas ştatından uçub, göyərtəsində 60 sərnişin və 4 ekipaj üzvü olub. Helikopterdə ən azı üç hərbçi olub. Toqquşmadan sonra təyyarə və helikopter Potomak çayına düşüb. Qəzada heç kim sağ qalmayıb.
© Copyright 2026, All Rights Reserved