“Usman üçün ‘Ballon d’Or’ mahnısını birinci mən oxuyaram”
Mövsüm başa çatdıqdan və Çempionlar Liqasının finalından sonra ən çox müzakirə olunan suallardan biri budur: 2025 Ballon d’Oru kim qazanacaq?
90plus.az xəbər verir ki, PSJ-nin ulduzu Usman Dembele və “Barselona”nın gənc yetirməsi Lamin Yamal əsas namizədlər kimi önə çıxsa da, Fransa millisinin və PSJ-nin müdafiəçisi Lukas Ernandes üçün bu sualın cavabı aydındır.
Bu gün Telefoot-a verdiyi müsahibədə Ernandes qəti şəkildə Dembeleyə dəstək ifadə edib:
“Usman üçün ‘Ballon d’Or’ mahnısını oxumaq istəyirəmmi? Əlbəttə, birinci mən oxuyaram. O, hər baxımdan fantastik bir mövsüm keçirdi. Qapı qarşısında həlledici oldu, oyunda həlledici idi, müdafiəyə qayıdan ilk oyunçu olaraq da eyni dərəcədə vacib idi. O, istisna bir futbolçudur.”
Ernandes əlavə edib: “Dürüst desəm, bu mövsüm ondan daha yaxşı futbolçu görmədim. Məncə, fransızlar və ümumiyyətlə xaricdəki azarkeşlər də ona səs verməlidirlər. Çünki o, buna tam layiqdir.”
© Copyright 2026, All Rights Reserved