Vea Trampa: “Mən sadəcə futbol oynamaq istəyirəm”
Timoti Vea: “Tramp Ağ Evdə siyasətdən danışmağa başlayanda düşündüm ki, mən sadəcə futbol oynamaq istəyirəm”.
90plus.az xəbər verir ki, “Yuventus” klubunun və ABŞ millisinin yarımmüdafiəçisi Timoti Vea keçmiş prezident Donald Trampın komandalarını Ağ Evdə qəbul etməsi ilə bağlı maraqlı açıqlamalar verib. Gənc futbolçu bu dəvətin gözlənilmədən baş verdiyini və görüş zamanı özünü qəribə hiss etdiyini bildirib.
Timoti Vea “The Athletic” nəşrinə açıqlamasında bildirib:
“Bu, bir qədər qəribə idi. Biz orada dayananda Tramp siyasətdən, İrandan və bu kimi mövzulardan danışmağa başladı. O an düşündüm ki: ‘Cənab, mən sadəcə futbol oynamaq istəyirəm…’”
“Ağ Evə dəvət almamız mənim üçün sürpriz oldu. Bizə ora getməli olduğumuzu dedilər, başqa seçimimiz yox idi. Hər şey gözlənilmədən baş verdi.”
Qeyd: Timoti Vea futbol əfsanəsi və Liberiyanın sabiq prezidenti Corc Veanın oğludur. O, 2024/25 mövsümündə “Yuventus”un heyətində çıxış edir və eyni zamanda ABŞ milli komandasının əsas oyunçularından biridir.
© Copyright 2026, All Rights Reserved