Vitor Pereyra Premyer Liqada ayın baş məşqçisi seçildi
İngiltərə Premyer Liqasında çıxış edən "Vulverhempton" klubunun baş məşqçisi Vitor Pereyra ayın baş məşqçisi adına layiq görülüb.
90plus.az xəbər verir ki, mövsümün ortasında "Vulverhempton"u çətin vəziyyətdə təhvil alan portuqaliyalı mütəxəssis komandanın çıxışını qısa müddətdə sabitləşdirməyi bacarıb. Pereyra rəhbərliyi altında komanda apreldə keçirdiyi 5 oyunun hamısında qələbə qazanaraq 15 xal toplayıb.
Son 8 matçda cəmi 1 dəfə məğlub olan "Vulverhempton" xallarını 41-ə yüksəldərək turnir cədvəlində 13-cü pilləyə qalxıb və düşmə zonasından uzaqlaşıb.
© Copyright 2026, All Rights Reserved