“Xabi Alonsonun “Leverkuzen”i bəlkə ilk dəfə yenilməyə yaxın idi” - TRT Spor
Avropa Liqasının 1/8 final mərhələsinin “Qarabağ” - “Bayer” matçının nəticəsi (2:2) Türkiyə və Rusiyanın mediasında yayımlanıb . 90plus.az xəbər verir ki, təmsilçimizin oyunu müsbət yüksək dəyərləndirilib. Türkiyənin məşhur “NTV Spor” saytı xəbəri “Qarabağ” tarix yazmanın bir addımlığından döndü” başlığı ilə paylaşıb. FOTO: “Bein Sports” kanalının saytı isə “Qarabağ” tarixi qələbəni əldən verdi” başlıqlı xəbərində “Bayer”in daha əvvəl Avroliqada 6 oyunun hamısında qalib gəldiyini qeyd edib. Bildirilib ki, Leverkuzen təmsilçisinin həmin yarışda ilk heç-heçəsi Bakıda qeydə alınıb. Xəbərdə “Qarabağ”ın daha əvvəl Avropa Liqasının 1/8 finalına çıxmaqla Azərbaycan futbolunda tarixi nəticəyə imza atdığı da xatırladılıb. FOTO: “Ajanspor”un xəbərində “Qarabağ” fırtına kimi əsən “Bayer” Leverkuzeni silkələdi, amma yıxa bilmədi” başlığı verilib. Xəbərdə “Qarabağ”ın birinci hissəni 2:0 öndə tamamladığı, Xabi Alonsonun ikinci hissədəki əvəzetmələri sayəsində “Bayer”in məğlubiyyətdən xilas olduğu bildirib. FOTO: “TRT Spor”un sosial media səhifəsi isə xəbəri Qurban Qurbanovun şəkli və bu sözlərlə paylaşıb: “Xabi Alonsonun Leverkuzeni bəlkə də ilk dəfə məğlubiyyətə bu qədər yaxın idi. Qurban Qurbanov təqdim edir…” FOTO: Rusiyanın championat.com saytının sosial şəbəkə səhifəsi isə yazıb: “Qarabağ” Bundesliqa komandalarına göstərdi ki, amansız “Bayer”ə qarşı necə oynamaq lazımdır. Bəli, qələbəni saxlaya bilmədilər, amma dişlərini göstərdilər. Lunyov və onun komanda yoldaşlarını layiqli nəticəyə görə təbrik edirik!” FOTO: “Sport-ekspress” qəzetinin sosial şəbəkə səhifəsi yazıb: “Xabi Alonso mövsümün ilk məğlubiyyətinə çox yaxın idi. Lakin sensasiya baş vermədi - “Bayer” sonda hesabı bərabərləşdirdi. Amma “Qarabağ”lı futbolçular necə döyüşdülər”. FOTO: