Yamal dünyanın ən bahalı futbolçusudur
Yayın əvvəlində Transfermarkt Lamin Yamalı dünyanın ən dəyərli futbolçusu kimi təqdim etmişdi. İndi isə Fransanın nüfuzlu nəşri L’Équipe 17 yaşlı “Barselona” ulduzunun hazırda dünya futbolunun ən bahalı oyunçusu olduğunu təsdiqləyib.
90plus.az xəbər verir ki, nəşr Laminin bazar dəyərini 200 milyon avro olaraq göstərib. Bu göstərici ilə o, “Real Madrid”in Cud Bellingem, Erlinq Haaland və Kilian Mbappe kimi ulduzlarını geridə qoyur. Həmin üç oyunçunun hər birinin dəyəri 180 milyon avro olaraq qiymətləndirilir.
Maraqlısı budur ki, Lamin siyahıdakı ən gənc futbolçudur — cəmi 17 yaşı var.
Qeyd: O, 2024/25 mövsümündə “Barselona”nın heyətində 55 oyuna çıxaraq 18 qol vurub, 21 məhsuldar ötürmə ilə yadda qalıb. Yamal 18 yaşına çatmadan 2 dəfə La Liqa çempionu olmuş tarixdə ilk futbolçudur.
© Copyright 2026, All Rights Reserved