Yamal Neymar haqda: “O, mənim kumirimdir”
Yamal Neymarı dünya çempionatında görmək istəyir: “O, mənim kumirimdir”.
90plus.az xəbər verir ki, "Barselona”nın gənc ulduzu Lamin Yamal braziliyalı superulduz Neymar haqqında diqqətçəkən açıqlamalar verib. İspan futbolçu kumirinin futbola təsirindən danışaraq, onun dünya çempionatında iştirak etməsini arzuladığını bildirib.
Yamal xüsusilə “Barselona”nın PSJ üzərində tarixi 6:1 hesablı qələbəsini xatırladığını qeyd edib:
“6:1-lik oyunu dəfələrlə izləmişəm. Neymar mənim uşaqlığıma damğa vurub, o mənim kumirimdir və futbola gətirdiyi hər şey üçün ona həmişə minnətdar olacağam. O, hamımıza ilham verir.
Biz onun oyununu izləmək üçün bilet alırıq və matçdan iki-üç gün sonra onun hərəkətlərinə yenidən heyran qalmaq üçün oyunu bir daha izləyirik.
Futbola verdiyi hər şey üçün ona təşəkkür etmək istəyirəm və ümid edirəm ki, o, dünya çempionatında olacaq”.
Qeyd: Neymar uzun illərdir dünya futbolunun ən parlaq simalarından biri hesab olunur və onun gələcək turnirlərdə iştirakı azarkeşlər tərəfindən səbirsizliklə gözlənilir.
© Copyright 2026, All Rights Reserved