45 yaşındakı sabiq "Beşiktaş"lının yeni klubu bəlli oldu
Bir zamanlar "Beşiktaş" formasını geyinən Rodriqo Tabatanın yeni klubu müəyyənləşib.
90plus.az xəbər verir ki, braziliyalı əsilli qətərli hücumameyilli yarımmüdafiəçi "Əl-Marxiya" ilə anlaşıb. Bu barədə klubun mətbuat xidməti açıqlama yayıb.
45 yaşlı futbolçu Qətərin II Divizion klubu ilə mövsümün sonuna qədər müqavilə bağlayıb.
Qeyd: Rodriqo Tabatanın əvvəlki klubu "Əl-Xaritiyat" olub.
© Copyright 2026, All Rights Reserved