Aaron Remzi Meksika çempionatında!
RƏSMİ: Aaron Remzi karyerasını Meksikada davam etdirəcək.
90plus.az xəbər verir ki, təcrübəli uelsli yarımmüdafiəçi Aaron Remzi “Pumas UNAM” klubu ilə rəsmi müqavilə imzalayıb. 34 yaşlı futbolçu karyerasının növbəti mərhələsini Meksika çempionatında keçirəcək.
Remzi peşəkar karyerasına “Kardiff Siti”də başlayıb, daha sonra uzun illər “Arsenal”ın formasını geyinib. Karyerası ərzində “Nottingem Forest” (icarə), “Yuventus”, “Reyncers” (icarə) və “Nis” klublarında da çıxış edib.
Yeni mövsümdə Aaron Remzinin “Pumas UNAM”a hansı töhfəni verəcəyi maraqla gözlənilir.
Karyerası boyunca oynadığı klublar:
© Copyright 2026, All Rights Reserved