AFFA Prezidenti Millimizi təbrik etdi: "Çempion kimi oynadıq"
AFFA prezidenti Rövşən Nəcəf, minifutbol üzrə Azərbaycan milli komandasının Bakıda keçirilən dünya çempionatında qalib gəlməsi münasibətilə təbriklərini çatdırıb.
90plus.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Rövşən Nəcəf komandamızın turnirdə göstərdiyi möhtəşəm çıxışı və final oyunundakı yüksək performansla azarkeşləri sevindirdiyini vurğulayıb:
“Macarıstan yığması ilə final oyununda komandamız çempiona layiq çıxış etdi. Bu mötəbər yarışın qalibi olması münasibətilə milli komandamızı ürəkdən təbrik edirəm”.
Qeyd: Final matçında Macarıstan yığmasına qarşı 4:2 hesabı ilə qələbə qazanan minifutbol millimiz dünya çempionu adını qazanıb.
© Copyright 2026, All Rights Reserved