Aleksandr İsak: “Ən Güclü Qol” mükafatı!

Aleksandr İsak Premyer Liqada “Ən Güclü Qol” mükafatını qazandı!
90plus.az xəbər verir ki, İngiltərə Premyer Liqasında 2024/25 mövsümünün “Ən Güclü Qol” mükafatı “Nyukasl” klubunun hücumçusu Aleksandr İsaka verilib.
Rəsmi məlumatlara görə, isveçli forvardın “Liverpul”a vurduğu qol orta hesabla 108.94 km/saat sürətlə qeydə alınıb. Bu, mövsüm ərzində qeydə alınan ən yüksək sürətli zərbə olub.
İsakın bu zərbəsi futbol azarkeşləri və ekspertlər tərəfindən yüksək qiymətləndirilib. Onun fiziki gücü və texniki bacarığı bir daha ön plana çıxıb.
Mükafat rəsmi olaraq Premyer Liqa tərəfindən təsdiqlənib və hücumçuya təqdim olunub.
© Copyright 2025, All Rights Reserved