Buffon: “Mən optimistəm”
Canluici Buffon İtaliya millisinin keçmiş nümayəndə heyəti rəhbəri kimi İtaliya futbolu barədə fikirlərini bölüşüb.
90plus.az xəbər verir ki, milli komandanın ardıcıl üçüncü dəfə dünya çempionatına vəsiqə qazana bilməməsi barədə əfsanəvi qapıçı belə deyib:
“Bu, İtaliya futbolu üçün çətin dövrdür, amma bu həm də sıfırdan, heç bir qısayol olmadan yenidən qurulmaq və inkişaf etmək üçün bir fürsətdir. Mən optimistəm, çünki biz italiyalılar çətin anlarda birləşməyi yaxşı bacarırıq.”
İtaliya 2026 Dünya Çempionatı seçmə mərhələsinin həlledici pley-off oyununda Bosniya və Herseqovinaya penaltilər seriyasında məğlub olub.
Baş məşqçi vəzifəsi isə Gennaro Qattuzonun istefasından sonra hazırda boşdur.
Mətbuatda Antonio Konte və Massimiliano Alleqri kimi tanınmış adların bu vəzifə ilə əlaqələndirildiyi bildirilir.
© Copyright 2026, All Rights Reserved