Altay divləşdi, "Mançester Yunayted" növbəti mərhələdə
"Mançester Yunayted" penaltilərdən sonra növbəti mərhələyə yüksəldi.
90plus.az xəbər verir ki, İngiltərədə Federasiya Kubokunda "Arsenal" öz meydanında "Mançester Yunayted"i qəbul etdi. Matça "Mançester Yunayted"in türk qapıçısı Altay Bayındır damğa vurdu. Bir dəfə Odeqardın penaltini dəf edən türk qapıçı, oyunda bir neçə dəfə komandasını qoldan xilas etdi.
Oyun 1-1 bitdi və uzatmalarda da qol səsi çıxmadığına görə matç lotoreyalara - penaltilərə qaldı. Burada da Havertzin penaltisini çıxaran Altay komandasını növbəti mərhələyə çıxardı.
Arsenal 1-1 Man Yunayted
Bruno Fernandes 52'
Qabriel 63'
Odeqard 71' (penaltı qaçırdı)
Matçın maraqlı epizodları:
© Copyright 2026, All Rights Reserved