Azərbaycan Kuboku: “Sabah” finalda
Azərbaycan Kuboku: Finalçılar bəlli oldu – “Sabah” həlledici görüşə yüksəldi.
90plus.az xəbər verir ki, Azərbaycan Kubokunda yarımfinal mərhələsinin daha bir cavab oyunu keçirilib və bununla da finala vəsiqə qazanan ikinci komandanın adına aydınlıq gəlib.
“Sabah” doğma meydanda “Qarabağ”ı qəbul edib. Gərgin və dramatik keçən qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. İlk oyunda qeydə alınan 2:2 hesablı heç-heçədən sonra “Sabah” ümumi hesabda üstün olaraq finala yüksəlib.
Oyunun dönüş nöqtələrindən biri 36-cı dəqiqədə yaşanıb. “Qarabağ”ın qapıçısı Mateuş Koxalski rəqib futbolçu Velko Simiçə qarşı kobud oyuna görə birbaşa qırmızı vərəqə ilə meydandan qovulub və Ağdam təmsilçisi uzun müddət azlıqda mübarizə aparmalı olub.
Qarşılaşmanın son anları da mübahisəsiz ötüşməyib. Əlavə olunmuş dəqiqələrdə topun Velko Simiçin əlinə dəyməsi epizodunda “Qarabağ” futbolçuları penalti gözləsələr də, baş hakim Rəvan Həmzəzadə oyunu davam etdirmədən final fitini səsləndirib.
Beləliklə, “Sabah” finalda “Zirə” ilə qarşılaşacaq. Həlledici görüş mayın 13-də baş tutacaq:
Sabah 2 - 1 Qarabağ
(İlk oyun: 4-3)
K. Duran 59'
V. Simiç 78’
P. Mbina 88’
Qollar və verilməyən penalti epizodu:
https://t.me/doxsanplus/116463
https://t.me/doxsanplus/116464
© Copyright 2026, All Rights Reserved