Ançelottinin Braziliya millisindəki işi rəsmən başladı
Karlo Ançelotti Braziliya milli komandasına baş məşqçi təyin olundu.
90plus.az xəbər verir ki, təcrübəli italyan mütəxəssis Karlo Ançelottinin Braziliya milli komandasına baş məşqçi təyin olunduğu rəsmən açıqlanıb.
Braziliya Futbol Federasiyasının yaydığı məlumata görə, Ançelotti ilə bağlanmış 1 illik müqavilə 2026-cı ildə keçiriləcək Dünya Çempionatını da əhatə edəcək.
Təcrübəli mütəxəssis məşqçilik karyerasına "Redjana" klubunda başlayıb. Daha sonra "Parma", "Yuventus", "Milan", "Çelsi", "Pari Sen-Jermen", "Everton", "Bayern Münhen", "Napoli" və "Real Madrid" kimi aparıcı klublarda çalışıb.
"Don Karlo" ləqəbli baş məşqçi karyerası ərzində 5 dəfə UEFA Çempionlar Liqasının, 4 dəfə isə FIFA Klub Dünya Çempionatının qalibi olub. O, həmçinin bir çox ölkə çempionatlarında və kuboklarında da titullar qazanıb.
© Copyright 2026, All Rights Reserved