Arda Güler: “Hələ görəcəyiniz çox Arda var”
Arda Güler: “Real Madrid”də hələ görəcəyiniz çox Arda var”.
90plus.az xəbər verir ki, "Real Madrid”in gənc ulduzu Arda Güler Klubların Dünya Çempionatında son oyunda (Real 3-1 Paçuka) qol vurduqdan sonra öz hisslərini və komandadakı rolunu bölüşüb. TRT Spor-a danışan türkiyəli futbolçu baş məşqçi Xabi Alonsonun ona verdiyi tapşırıqlardan və qazandığı inamdan danışıb.
“Xabi Alonso mənim oyun zəkama və ötürmə qabiliyyətimə güvənir. Hazırda məndən oyuna nəzarət etməyimi və tempə yön verməyimi istəyir,” – deyə Arda bildirib.
O, son dönəmdə daha çox oynamağa başlamasını özünü daha xoşbəxt hiss etməsi ilə əlaqələndirib:
“İndi özümü daha xoşbəxt hiss edirəm, çünki oynayıram. “Real Madrid”ə verəcəyim çox şey var.”
20 yaşlı yarımmüdafiəçi həmçinin məşqçinin ona verdiyi dəqiqələrin vacibliyini vurğulayıb:
“Aldığım dəqiqələr sayəsində məşqçinin mənə olan etimadını hiss edirəm.”
Sonda isə Arda Güler azarkeşlərə ümidli mesaj göndərib:
““Real Madrid”də hələ görəcəyiniz çox Arda var! İndi daha xoşbəxtəm.”
Gənc futbolçunun bu çıxışları və verdiyi açıqlamalar onun komanda daxilində getdikcə daha vacib fiqura çevrildiyini göstərir. Oynadığı hər dəqiqə ilə inam qazanan Arda “Real Madrid” azarkeşlərinə böyük ümid vəd edir.
© Copyright 2026, All Rights Reserved