Arda Güler Top-5-də lider oldu
Arda Gülər Avropanın Top-5 liqalarında lider oldu – 2025/26 mövsümündə ilk!
90plus.az xəbər verir ki, 2025/26 mövsümünə sürətli start verən Arda Gülər Avropanın Top-5 liqalarında ön plana çıxıb. "Real Madrid"in gənc ulduzu indiyədək 10 qol şansı yaradaraq bu göstəricidə birinci pilləyə yüksəlib. Bu barədə məlumatı “Squawka” təqdim edib.
Arda bu nəticə ilə Avropanın ən güclü liqalarında qol fürsəti yaradan ilk 10-luğa başçılıq edir.
Ən çox qol şansı yaradan oyunçular:
1. Arda Gülər (Real Madrid) – 10
2. Dodi Lukebakio (Sevilya) – 9
3. Nicolas Pépé (Vilyarreal) – 8
4. Mason Greenwood (Marsel) – 8
5. Ousmane Dembélé (PSG) – 7
6. Anton Stach (Lids Yunayted) – 7
7. Yeremy Pino (Vilyarreal) – 6
8. Tom Louchet (Nis) – 6
9. Raphinha (Barselona) – 6
10. Edu Expósito (Espanyol) – 6
Gənc türkiyəli futbolçunun bu performansı həm İspaniya mətbuatında, həm də azarkeşlər arasında geniş marağa səbəb olub. Ardanın əsas heyətdə daha çox şans qazanacağı və mövsümün əsas fiqurlarından birinə çevriləcəyi gözlənilir.
© Copyright 2026, All Rights Reserved