Argentinalı futbolçu vətəninə döndü
"Roma" klubunun argentinalı futbolçusu Leandro Parades karyerasını doğma ölkəsində davam etdirəcək.
90plus.az xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi “Boka Xuniors”la anlaşıb. Bu barədə hər iki klubun rəsmi saytlarında məlumat yerləşdirilib.
Parades yeni klubu ilə 3 illik müqavilə imzalayıb.
O, ötən mövsüm "Roma"nın heyətində 32 matçda meydana çıxıb, 4 dəfə fərqlənib və 2 qol ötürməsi verib.
Xatırlatma: 2022-ci il dünya çempionatının qalibi olan Leandro Parades 2023-cü ildən "Roma"da çıxış edirdi.
© Copyright 2026, All Rights Reserved