Arnold: “Əbədi 20 nömrə, rahat uyu”
Trent Aleksander-Arnold: “Dioqo Jotanı gülüşlə xatırlamaq istəyirəm”.
90plus.az xəbər verir ki, “Liverpul”un kapitanlarından Trent Aleksander-Arnold komanda yoldaşı Dioqo Jotanın faciəli ölümü ilə bağlı şəxsi sosial media hesabında ürəkdağlayan paylaşım edib.
Arnold Jotanın itkisini qəbul etməyin çətin olduğunu bildirib:
“Bir insanı bu qədər çox sevərkən onun artıq aramızda olmadığını qəbul etməyə çalışmaq… Həqiqətən sözlərlə ifadə etmək çox çətindir. Dioqo üçün ailəsi hər şey idi. Onlar həyatının mərkəzindəydilər. Rute, uşaqları və ailəsi üçün… hamımızın qəlbi qırılıb. Andre üçün də elə. O, yalnız qardaşı deyildi, eyni zamanda ən yaxın dostu idi.”
Trent yaxın dostunu gələcəkdə yalnız xoş xatirələrlə yada salmaq istədiyini də vurğulayıb:
“Ağrım bir az sakitləşəndə Dioqonu üzümdə böyük bir təbəssümlə xatırlamaq istəyirəm. O qədər gülüş, o qədər gözəl xatirə buraxdı ki… Həqiqətən əla bir komanda yoldaşı, səmimi bir dost idi. Həmişəlik 20 nömrə. Dioqo, rahat uyu.”
© Copyright 2026, All Rights Reserved