"Ayaks"da növbəti ayrılıq: Kapitan Cordan Hendersonla yollar ayrıldı
Hollandiya Erediviziya çempionatında keçən mövsüm dramatik şəkildə titulu əldən verən "Ayaks"da ayrılıqlar davam edir.
90plus.az xəbər verir ki, daha əvvəl baş məşqçi Francesco Farioli ilə yollarını ayıran Amsterdam təmsilçisi komandanın kapitanı İngiltərə millisinin üzvü Cordan Hendersonın da müqaviləsini vaxtından əvvəl ləğv etdiyini açıqlayıb.
Klubun rəsmi açıqlamasında bildirilib ki, Cordan Hendersonun mövcud müqaviləsinin ləğv edilməsi ilə bağlı oyunçunun müraciəti qəbul olunub. İngiltərəli futbolçunun müqaviləsi əvvəlcə 30 iyun 2026-cı ilə qədər qüvvədə idi, amma indi dərhal sona çatıb. Klub kapitana hər şey üçün təşəkkür edib.
Ayrılıq barədə danışan Cordan Henderson bunları bildirib:
"Son illər bu möhtəşəm klubu təmsil etmək fürsətini verdiyiniz üçün hər kəsə təşəkkür edirəm. Burada oynamaq böyük şərəf idi, kapitanlıq isə daha da böyük şərəf. Tək peşmanlığım möhtəşəm azarkeşlərimizə daha çox uğur yaşatmaq olmaması oldu. Onlar yenidən böyük titulların sevincini yaşamağa layiqdirlər və mən inanıram ki, bu günlər çox yaxındır."
O, həmçinin Amsterdam şəhəri və klubun ona göstərdiyi isti münasibətə görə minnətdarlığını ifadə edib. Qeyd olunub ki, yaxınlarda yaşanan faciəvi hadisələr və keçmiş komanda yoldaşının qardaşının itirilməsi səbəbilə daha geniş açıqlama verməyin vaxtı olmadığını bildirib.
© Copyright 2026, All Rights Reserved