Ayxan Abbasov: "Uşaqların haqqına girirlər"
"Çətin oyun olacağını bilirdik. Böyük itkilərimiz var idi. Buna baxmayaraq, komanda bu gün yaxşı mübarizə apardı".
90plus.az xəbər verir ki, bunu "Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov deyib.
O, Misli Premyer Liqasının X turunda "Araz-Naxçıvan"a 0:1 hesablı məğlubiyyəti şərh edib:
Hakimlə bağlı şikayət
"Belə oyunlarda qol epiozdları az olur. Əlimizə düşən 2-3 fürsətdən yararlana bilmədik. Ruhdan düşməməli, yolumuza davam etməliyik. Çox şeylərlə mübarizə aparırıq. Son oyunlarda bizə qarşı olan hakim səhvlərindən əziyyət çəkirik. Çox istərdim ki, Hakimlər Komitəsinin sədri bugünkü epizoda şərh bildirsin. Açıq əl necə olur? Belə penaltilər çox verilib. Eyni epizoddan başqa komandalar penaltilər vurub. Desinlər ki, bu oyunda sizin şansınız yoxdur. Bəlkə də biz qaydaları bilmirik".
Ayxan Abbasov hakimlikdən şikayətlənib. Mütəxəssis son oyunlarda ədalət təmsilçilərinin səhvləri ilə üzləşdiklərini bildirib:
Matçda hakim qərarları
"Heç kimi ittiham etmək istəmirəm. Keçən oyunda bizə lazımsız sarı vərəqələr verildi. Həmin matçda Mert Çelik Belajdi Pusini döyürdü. Amma heç bir vərəqə verilmədi. Qərəz billmirəm. Amma görünən odur ki, 3-4 oyundur bizə qarşı səhvlər olur. Mənim bildiyim odur ki, bugünkü epiozd penaltidir. "Turan Tovuz"la matçda qapımıza verilən 11 metrlik cərizə zərbəsi ilə bunu müqayisə edin. Yəqin ki, büdcəyə, iddiaya baxırlar. Uşaqların haqqına girirlər".
Qeyd: Ardıcıl 2-ci oyunda uduzan "Şamaxı" 12 xalla 6-cıdır.
© Copyright 2026, All Rights Reserved