Azərbaycan UEFA reytinqində irəlilədi
Avroliqaların 1-ci təsnifat mərhələsinin ilk oyunlarından sonra UEFA reytinqi açıqlanıb.
90plus.az xəbər verir ki, reytinqdə Azərbaycan 17.000 xalla 25-ci pilləyə irəliləyib. Buna isə “Zirə” klubunun UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsinin ilk matçında “Şerif” üzərində (1:0) qələbə qazanması səbəb olub. Bu qələbə ölkəmizə 0,250 xal qazandırıb. Bununla da, ölkəmiz Kiprdən (16,975) önə keçib.
Qeyd: 55 ölkənin yer aldığı siyahıya İngiltərə (89,160) liderlik edir.
© Copyright 2026, All Rights Reserved