"Barselona" "Atletiko"dan 4 qol buraxdı
"Copa del Rey" yarımfinal mərhələsinin ilk oyununda iki nəhəng – "Atletiko Madrid" və "Barselona" üz-üzə gəlib.
90plus.az xəbər verir ki, Madrid təmsilçisi doğma meydanda inamlı çıxış edərək "Barselona"nı 4-0 hesabı ilə darmadağın edib və cavab oyunu öncəsi böyük üstünlük qazanıb.
Görüşə sürətli başlayan "Atletiko Madrid" hesabı 6-cı dəqiqədə Erik Qarsiyanın avtoqolu ilə açıb. 14-cü dəqiqədə Antuan Qrizmann fərqi artırıb. 33-cü dəqiqədə Ademola Lukman, ilk hissəyə əlavə olunmuş 45+2-ci dəqiqədə isə Xulian Alvares komandasının dördüncü qolunu vuraraq matçın taleyini hələ fasiləyə qədər həll ediblər.
"Barselona" ikinci hissədə fərqlənməyə çalışsa da, 52-ci dəqiqədə Pau Kubarsinin vurduğu qol 8 dəqiqəlik VAR yoxlanışından sonra ofsayd səbəbilə ləğv olunub. Kataloniya təmsilçisi üçün işlər daha da çətinləşib – Erik Qarsiya 85-ci dəqiqədə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb.
MATÇDA VURULAN QOLLARA KEÇİD ETMƏK ÜÇÜN BU CÜMLƏYƏ KLİK EDİN
Finala vəsiqə uğrunda cavab qarşılaşması 3 mart 2026-cı ildə keçiriləcək.
© Copyright 2026, All Rights Reserved