“Bayern Münhen”dən tarixi nəticə: 10-0
"Bayern Münhen”dən tarixi hesab – “Oklend Siti”ni 10:0 məğlub etdilər.
90plus.az xəbər verir ki, klublararası Dünya Çempionatında günün ən diqqətçəkən qarşılaşması C qrupunda baş tutub. Almaniyanın nəhəng klubu “Bayern Münhen” Okeaniya təmsilçisi “Oklend Siti”ni darmadağın edərək 10:0 hesabı ilə qalib gəlib.
Matç ABŞ-ın Sinsinnati şəhərində keçirilib və alman nəhəngi artıq ilk hissədə rəqibin müqavimətini tam qırıb.
Bayern Münhen 10 - 0 Oklend Siti
K. Coman 6', 21’
S. Boey 18'
M. Olise 20' 45+3’
T. Müller 45’ 89’
C. Musiala 67’ 73’ (pen.) 84’
Qollar:
https://t.me/doxsanplus/104108
https://t.me/doxsanplus/104111
https://t.me/doxsanplus/104114
https://t.me/doxsanplus/104115
https://t.me/doxsanplus/104116
https://t.me/doxsanplus/104117
https://t.me/doxsanplus/104120
Bu nəticə turnirin indiyədək qeydə alınan ən böyükhesablı oyunlarından biri kimi yadda qalıb.
"Davud və Calut” qarşılaşması: Baytarlıq anbarda çalışan qapıçı “Bayern”ə qarşı
"Oklend Siti”nin qapıçısı Konor Treysi bu qarşılaşma ilə medianın diqqətini çəkib. O, gündəlik həyatda Yeni Zelandiyada baytarlıq təchizatı anbarında nəzarətçi kimi çalışır.
28 yaşlı qolkiper baytarlara dərman preparatları, qida məhsulları və nəzarət olunan maddələrin çatdırılmasına rəhbərlik edir.
Həvəskar statusda olan Treysi “Bayern Münhen” kimi dünya nəhəngi ilə qarşılaşmada 7 seyv etməyi bacarıb.
Bu fərq o qədər kəskin idi ki, beynəlxalq media bu görüşü “David vs. Goliath” – yəni zəifin güclüyə qarşı çətin mübarizəsi – kimi dəyərləndirib.
© Copyright 2026, All Rights Reserved