"Belə oyunları uduzmaq çox ağırdır" Yuri Qura
"Şerif" klubunun baş məşqçisi Yuri Qura Avroliqanın 1-ci təsnifat mərhələsində "Zirə"yə məğlub olduqları ilk oyundan (0:1) sonra açıqlama verib.
90plus.az xəbər verir ki, baş məşqçi sözlərində belə qeyd edib:
“Bu cür oyunları uduzmaq çox ağırdır. Lakin təslim olmayacağıq, əllərimizi yanımıza salmayacağıq. Əgər rəqib fərqlənibsə, deməli, orada müdafiəçilər səhvə yol veriblər. Oyun praktikasının azlığını qeyd etməyəcəm. Çünki bu, bəhanə kimi görünə bilər. Bəlkə də Volkovun ustalığı öz sözünü dedi. Həmin epizodda fərqləndiyi üçün ona əhsən”.
Qeyd: "Şerif" və "Zirə" arasında cavab oyunu iyulun 18-i saat 20:00-da Bakıda “Liv Bona Dea Arena" gerçəkləşəcək.
© Copyright 2026, All Rights Reserved