"Bu komanda dünyanın ən sevimli klubudur" Peres
“Real” klubunun prezidenti Florentino Peres Kilian Mbappenin klubun oyunçusu kimi təqdimat mərasimində çıxış edərkən, "Real"ın əhəmiyyətindən danışıb.
90plus.az xəbər verir ki, Peres sözlərində bunları qeyd edib:
“Oyunçularımızı stadionumuzda nümayiş etdirə bilmək çox gözəldir. Hər dəfə yeni futbolçunun klubumuzun formasını ilk dəfə geyinməsini görəndə bu, bayram anı olur. Bu komanda dünyanın ən sevimli və hörmətli klubudur. Santyao Bernabeu və ya Alfredo Di Stefano, Gento və ya Kopa kimi böyük futbolçularımız hamısı “Real” mifini yaradıblar”.
© Copyright 2026, All Rights Reserved