Camal Musiala əməliyyat olundu – uzun müddət oynamayacaq
Klublararası Dünya Çempionatının 1/4 final mərhələsində PSJ-nin "Bayern Münhen" üzərində 2:0 hesablı qələbə qazandığı qarşılaşmada Camal Musiala ciddi zədə alıb. Matç zamanı gənc yarımmüdafiəçi cərimə meydanında Canluici Donnarumma ilə toqquşub və sol ayağı qeyri-təbii şəkildə burulub.
90plus.az xəbər verir ki, Musiala dərhal xəstəxanaya aparılıb və müayinələr nəticəsində onun baldır sümüyündə sınıq müəyyən olunub. "Bayern Münhen" klubunun yaydığı açıqlamada bildirilir ki, 21 yaşlı futbolçu bu gün uğurla əməliyyat olunub və sabahdan etibarən bərpa mərhələsinə başlayacaq.
Musialanın bir neçə ay yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.
© Copyright 2026, All Rights Reserved