“Çelsi” yeni 9 nömrəsini dünya kubokuna aparır
Liam Delap U-21 Avropa Çempionatını buraxacaq – Klubların Dünya Kubokunda “Çelsi”nin heyətində olacaq!
90plus.az xəbər verir ki, 22 yaşlı ingilis forvatd ABŞ-da keçiriləcək Klubların Dünya Kubokunda “Çelsi”nin heyətində yer alacaq. Bu o deməkdir ki, “zadəganlar”ın yeni transferi bu ay Slovakiyada keçiriləcək 21 yaşadək futbolçular arasında Avropa Çempionatında İngiltərə millisinin heyətində iştirak etməyəcək.
“Çelsi” Delap transfer yarışını qazandıqdan sonra dərhal İngiltərə Futbol Assosiasiyası ilə əlaqə saxlayıb.
Delap artıq 30 milyon funt sterlinq dəyərindəki transferi tamamlayıb və klubla altı illik müqavilə imzaladıqdan sonra “Stemford Bric”də 9 nömrəli forma ilə təltif olunub.
📰: Daily Mail
© Copyright 2026, All Rights Reserved